Belarusda koronavirusa yoluxanların sayı 59 mini keçdi

Belarusda son sutka ərzində koronavirusa yoluxanların sayı 518 nəfər artaraq 59 023-ə çatıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd olunur ki, epidemiyanın əvvəlindən bu yana 351 nəfər ölüb, 37 923 xəstə sağalıb.

Ölkədə COVID-19 ilə bağlı təqribən 877 min test aparılıb.

Digər xəbərlər