Belarus müdafiə naziri: Rusiya ilə birgə qoşun qruplaşmasını genişləndirməyəcəyik

Belarus Rusiya ilə regional qoşun qruplaşmasını genişləndirməyi planlaşdırmır.

"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

"Regional qoşun qruplaşmasını artırmağı planlaşdırmırıq. Bizdə olanlar kifayətdir", - nazir qeyd edib.

Nazir əlavə edib ki, Belarus ordu hazırlığına, eləcə də bütün məsələlərin həllində Rusiya ilə qarşılıqlı əlaqəni gücləndirməyə davam edəcək.

Digər xəbərlər