BƏƏ-də çoxmərtəbəli bina yanır - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib. 

Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.

Digər xəbərlər