BBC-nin baş ofisinin binası qırmızı boya atılıb

Böyük Britaniyanın BBC yayım korporasiyasının Londondakı baş qərargahı HƏMAS üzvlərini terrorçu adlandırmaqdan imtina etdiyi üçün qırmızı boya ilə boyanıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Bu, Londonda fələstinlilərlə həmrəylik üçün planlaşdırılan etiraz yürüşündən bir neçə saat əvvəl qeydə alınıb.

BBC HƏMAS qruplaşmasının üzvlərini terrorçu adlandırmaqdan imtina edib və bu, Britaniya cəmiyyətində müzakirələrə səbəb olub.

Hazırda London polisi şirkət binasındadır. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər