Bayden və Zelenski Vilnüsdə görüşüb - YENİLƏNİB

“Dünya birliyi Ukrayna sayəsində birləşib. Lakin Kiyev bunun üçün çox yüksək qiymət ödəyib”.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

“Ukraynada baş verənlər çox üzücüdür, amma yaxşı xəbər odur ki, dünya birləşir. İnsanlar başa düşürlər ki, baş verənləri sadəcə izləmək olmaz”, - Bayden qeyd edib.

19:03

NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında görüş başlayıb.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Görüşdə iki dövlət başçıları Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya təhvil verilməsi və F-16 qırıcılarının tədarükü perspektivlərinə toxunacaqlar.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan görüşdən əvvəl deyib ki, Bayden Zelenskiyə sammitdə ölkənin NATO-ya qəbul edilməməsinin səbəbini açıq şəkildə izah edəcək.

Bundan əlavə, Sallivan qeyd edib ki, görüşdə Ukraynaya uzaqmənzilli Amerika raketlərinin tədarükü müzakirə olunacaq. F-16 qırıcılarının tədarükünə gəlincə, Sallivanın qeyd etdiyi kimi, onlar Ukrayna Silahlı Qüvvələrinə bu təyyarələrə malik olan Avropa ölkələri tərəfindən veriləcək.

Digər xəbərlər