Bayden Polşada 9 ölkənin lideri ilə görüşəcək

ABŞ prezidenti Cozef Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək, həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin prezidentləri (“Buxarest doqquzluğu” NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) ilə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.

Onun sözlərinə görə, Bayden Polşa lideri ilə ikitərəfli əməkdaşlıq, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səyləri müzakirə edəcək.

Onun sözlərinə görə, Amerika lideri Rusiyaının Ukraynaya hərbi müdaxiləsinin ildönümü münasibətilə çıxış edəcək.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03