Barselonada qatarın qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 40-a çatıb - YENİLƏNİB

Bakı. 20 noyabr. REPORT.AZ/ Barselona yaxınlığında dəmir yol qəzası nəticəsində xəsarət alanların sayı 40 nəfərədək artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İspaniya Fövqəladə Hallar Xidmətindən bildirilib.


***11:35

Barselona yaxınlığında sərnişin qatarı relsdən çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

"El Nacional" qəzetinin Katalonya hökumətinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 8 təcili tibbi yardım maşını və 14 xilasetmə qrupu gəlib.

Kataloniya Regional Mülki Müdafiə İdarəsi "Twitter" səhifəsində qatarın relsdən çıxmasının torpaq sürüşməsi ilə bağlı olduğunu bildirib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43