Azərbaycan FHN nümayəndələri Dövlətlərarası Şuranın iclasına qatılacaqlar

Bakı. 16 noyabr. REPORT.AZ/ Noybarın 17-də Moskvada təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şuranın növbəti, sayca 29-cu iclası keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüşdə MDB ölkələrinin, o cümlədən Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan nümayəndələri iştirak edəcək.

İclasın gündəliyində təhlükəsizlik sahəsində əməkdaşlığın daha da yaxşılaşdırılması məsələlərinin müzakirəsi, təbii və texnogen xarakterli fövqəladə hallar haqqında MDB-yə üzv dövlətlərin qarşılıqlı məlumatlandırılmasının nəzarət yoxlaması və s. kimi məsələlər var.

Həmçinin, gələcək əməkdaşlıq barədə bir sıra sazişlərin imzalanması da planlaşdırılır.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43