"Axios": ABŞ Yaxın Şərqə 50-dən çox qırıcı təyyarə yerləşdirib

ABŞ son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox "F-35", "F-22" və "F-16" qırıcılarını göndərib.

"Report" bu barədə "Axios" portalına istinadən xəbər verir.

Məlumata görə, bölgəyə göndərilən texnika sırasında ən yeni beşinci nəsil "F-35" və "F-22" qırıcıları, həmçinin uzun illər sınaqdan çıxmış dördüncü nəsil çoxfunksiyalı "F-16" qırıcıları var.

Bununla paralel olaraq bildirilib ki, ABŞ Fars körfəzi regionunda hərbi mövcudluğunu artırmaqda davam edir.

Daha əvvəl qeyd olunmuşdu ki, ABŞ-nin "USS Gerald R. Ford" aviadaşıyıcısı Yaxın Şərqə istiqamətlənib.

Digər xəbərlər