Avstriya XİN-in 30 yaşlı başçısı kansler olmaq istəyir

Bakı. 17 may. REPORT.AZ/ Avstriyanın xarici işlər naziri 30 yaşlı Sebastyan Kurts kansler ollmaq istəyir.

“Report” “dw”yə istinadən xəbər verir ki, Avstiryanın Xalq Demokrat Partiyası və Sosial-Demokratik Partiyasında ibarət hakim koalisiya növbədənkənar parlament seçkisinin bu ilin oktyabrında keçirilməsi təklifini qəbul edib.

Məlumata görə, 27 yaşından Avstriya XİN-ə başçılıq edən S.Kurt 30 yaşında Avstriyanın mühafizəkar Xalq Partiyasına sədr seçilib. Onun partiyası parlament seçkilərində “Sebastyan Kurtsun siyahısı – “Yeni Xalq" Partiyası çıxış edəck. Kurts çoxdandır partiya rəhbərliyindən hakimiyyətin ona verilməsini istəyir.

Qeyd edək ki, Sebastyan Kurts ATƏT fəaliyyətdə olan sədridir. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10