“Avropa İndi!” hərəkatı Monteneqroda parlament seçkilərində qələbəsini elan edib

“Avropa indi!” hərəkatının qələbəsi! Monteneqroda erkən parlament seçkilərinin keçirilməsi bütün Avropa üçün tarixi hadisədir".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın rəhbəri, keçmiş maliyyə və sosial təminat naziri Miloyko Spaiç mətbuat konfransında deyib.

"Bu, "Avropa İndi!" hərəkatının böyük qələbəsidir, - Spaiç qeyd edib. "Bütün təqyiqlərə baxmayaraq bir ildən az müddətdə parlamentdənkənar partiya statusundan Monteneqroda ən böyük partiyaya çevrilmişik", - o vurğulayıb.

"Nəticədən razıyıq. Biz yaxşı nəticə əldə etdik və hökumətin tezliklə formalaşmasını səbirsizliklə gözləyirik", - "Avropa İndi!" hərəkatının rəhbəri bildirib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09