Argentina ABŞ-dən ilk dörd "Stryker" zirehli döyüş maşını təhvil alıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Buenos-Ayresdəki səfirliyi məlumat yayıb.
"Argentina ABŞ-dən alınan ilk dörd "Stryker" zirehli döyüş maşınları təhvil alıb ki, bu da onun döyüş imkanlarının modernləşdirilməsi və Vaşinqtonla müdafiə əməkdaşlığının gücləndirilməsi yolunda mühüm addımdır", – məlumatda qeyd olunub.
Səfirliyin məlumatına görə, ümumilikdə Argentina səkkiz döyüş maşını alıb. Qalan maşınlar ölkəyə dekabrın 8-də çatdırılacaq.
"Maşınlar, ehtiyat hissələri, təlim və texniki dəstəyi əhatə edən tam paketin dəyəri 20 milyon ABŞ dollarıdır", – diplomatik nümayəndəlik bildirib.