Belçikanın Antverpen şəhərinin Linkeruver rayonunda onmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Belçika mediası polisə istinadən məlumat yayıb.
"Yanğınsöndürmə xidməti hələ də digər mümkün qurbanların axtarışını davam etdirir", – polisdən bildirilib.
Yanğının səbəbi hələ də araşdırılır, alovlanmanın birinci mərtəbədən başladığı artıq müəyyən edilib.