Quterreş: Venesuelanın təbii sərvətləri ölkə xalqına məxsusdur

Venesuelanın təbii sərvətləri ölkə xalqına məxsusdur və dənizlərdə həyata keçirilən istənilən hüquq-mühafizə tədbirləri beynəlxalq hüquqa uyğun olmalıdır.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Venesuelanın təşkilatdakı daimi nümayəndəsi Samuel Monkada ilə görüşündə deyib.

Görüşdə Venesueladakı mövcud vəziyyət və regionda baş verən son proseslər müzakirə olunub. Baş katib ABŞ-nin Venesuela ilə bağlı hərbi addımlarına dair təşkilatın mövqeyini bir daha xatırladaraq, eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

A.Quterreş həmçinin Venesuelada mümkün inklüziv milli dialoqun dəstəklənməsi məqsədilə xoş niyyətli vasitəçilik imkanlarını təklif etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Rəfah keçid məntəqəsi açılıb 01 fevral, 2026 / 12:20