Almaniyada siyasətçilərə haker hücumu ilə bağlı bir nəfər saxlanılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniya polisi bir sıra siyasi və ictimai xadimlərə haker hücümü ilə bağlı Hessen əyalətinin Orta Hessen bölgəsindən olan 20 yaşlı bir gənci şübhəli şəxs qismində saxlayıb.

“Report” bu barədə “Spiegel”ə istinadən xəbər verir.

Bundan əvvəl federal cinayət polisinin sözügedən istintaq çərçivəsində Baden Vürttemberq əyalətinin Hailbronn şəhərində bir mənzildə axtarış aparıldığı bildirilmişdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10