Bakı. 27 oktyabr. REPORT.AZ/ İtaliya Kataloniya parlamentinin bölgənin müstəqilliyni elan etməsini qəbul etmir.
"Report" "RT"-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ancelino Alfano deyib.
“İtaliya Kataloniya regional parlamentinin regionun müstəqilliyini birtərəfli qaydada elan etməsini tanımır və tanımaq niyyətində də deyil”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, söhbət qanundan kənara çıxan addımdan gedir.