​Almaniya prezidentinin iqamətgahına "Molotov kokteyli" atılıb

Bakı. 24 may. REPORT.AZ/ Berlin polisi mayın 24-nə keçən gecə Almaniya Federativ Respublikası prezidenti Yoahim Qaukun paytaxtda yerləşən Belvyu qəsri ərazisinə yandırıcı qatışıqlı butulka atan şəxsi saxlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Polis əməkdaşları yanğını söndürərək ciddi zərərin qarşısını ala biliblər. Bundan əlavə, saxlanılan şəxs qəsrin ərazisinə Qaukun siyasətini pisləyən bir topa vərəq də atıb.

Digər xəbərlər