Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib

"Vahid Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç parlamentdə deputat fraksiyasının rəhbəri seçilib.

"Report"un Balkan bürosu xəbər verir ki, Vuçiç bu barədə "Pink" telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, fraksiyanın "Vahid Serbiya", "Serbiya terrora qarşı" və ya başqa ad altında fəaliyyət göstərəcəyi ilə bağlı qərar bazar ertəsi və ya çərşənbə axşamı səhər qəbul olunacaq.

A. Vuçiç bildirib ki, ilkin mərhələdə fraksiyaya özü rəhbərlik edəcək. Bununla belə, o bu vəzifəni uzun müddət davam etdirə biləcəyinə əmin olmadığını vurğulayıb.

Digər xəbərlər