Suriya təhlükəsizlik qüvvələri Latakiya şəhərinin Əl-Əzhəri meydanının ərazisini mühasirəyə alıb və orada baş verən iğtişaşlarda iştirak edən nümayişçiləri təqib edir.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, hakimiyyət indiyədək 100-dən çox adamı saxlayıb.
Bundan əvvəl bir neçə yerdə təhlükəsizlik qüvvələri ilə nümayişçilərin izdihamı arasında olan silahlı şəxslər arasında atışmalar baş verib, nəticədə 3 nəfər həlak olub, 60-dan çox insan yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Bab bəyan edib ki, keçid hökuməti vətəndaşların dinc etirazlar hüququna zəmanət verir, lakin onlardan zorakılıq və iğtişaşlara qarşı çağırışlara müqavimət göstərməyi tələb edir.