Aİ Ukraynaya real hərbi zəmanətlər verilməsini tələb edib

Ukrayna NATO-ya üzv ola bilməyəcəyi təqdirdə ona real təhlükəsizlik zəmanətləri verilməlidir.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas jurnalistlərə açıqlamasında deyib.

"Əgər biz Ukraynanın NATO-ya üzvlüyündən danışa bilmiriksə, o zaman təhlükəsizlik zəmanətlərini müəyyən etmək lazımdır. Bunlar sənədlər və ya vədlər ola bilməz. Söhbət Ukraynanın özünü müdafiə etmək qabiliyyətini təmin edən real qoşunlardan və real mexanizmlərdən getməlidir", - K.Kallas deyib.

O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə yalnız Donbasla məhdudlaşmaya bilər, bu isə bütün Avropanın təhlükəsizliyinə təhdiddir.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44