Avropa İttifaqı (Aİ) Moldovadan gətirilən mallara idxal rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını bir il müddətinə uzadıb.
"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Moldovanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotaların dayandırılması Avropa İttifaqı Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra bir il müddətinə uzadılacaq. Bu qərar 24 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq”, - məlumatda qeyd edilib.