“Ukrayna ərazisində yerləşən ABŞ hərbçilərindən heç biri döyüş əməliyyatlarında iştirak etmir”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, bununla bağlı Amerika Prezidenti Cozef Bayden açıq şəkildə bəyanat verib:
“Sizi əmin edə bilərəm ki, onların heç biri ukraynalı əsgərlərlə birlikdə hərbi əməliyyatlarda və ya döyüş meydanında iştirak etmir. Amerika Prezidenti Cozef Bayden açıq şəkildə bildirdi: ABŞ qoşunları Ukraynada müharibədə iştirak etməyəcək. Onlar bunu etməyiblər və etməyəcəklər”.