ABŞ Administrasiyası bir müddət əvvəl Venesuela sahilləri yaxınlığında saxlanılan tankeri və onun daşıdığı nefti müsadirə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Gəmi hazırda müsadirə prosedurundan keçir", - deyən Levitt hazırda müstəntiqlərin gəmi üzərində işlədiyini əlavə edib.
"Neftə gəldikdə bu başqa bir məsələdir. Gəmi ABŞ limanına gedəcək və Vaşinqton, həqiqətən də, nefti müsadirə etmək niyyətindədir. Lakin bu neftin müsadirəsi üçün hüquqi prosedur mövcuddur və bu hüquqi prosedur izləniləcək", – Levitt əlavə edib.
Bundan əvvəl Venesuela Xarici İşlər Nazirliyi Amerika tərəfinin Karib dənizində neft tankerini ələ keçirməsini beynəlxalq quldurluq aktı kimi qiymətləndirdiyini bəyan etmişdi.