ABŞ və Rusiya yüksək səviyyəli hərbi dialoqun bərpa edilməsi ilə bağlı razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığına (USEUCOM) istinadən məlumat yayıb.
"Bu kanal tərəflərin davamlı sülh üzərində işləməyə davam etdiyi müddətdə sabit hərbi əməkdaşlığı təmin edəcək" - USEUCOM bildirib.
"Axios"un mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ və Rusiya son 24 saat ərzində Əbu-Dabidə Strateji Hücum Silahları haqqında Müqavilənin uzadılması məsələsini müzakirə edib. Müqavilənin müddəti bu gün gecə yarısı bitir.