Bakı. 10 yanvar. REPORT.AZ/ "ABŞ İran nümayəndələrini Suriyadan diplomatik yollarla çıxarmağa çalışacaq".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Qahirə Amerika Universitetində çıxışı zamanı bildirib.
“ABŞ diplomatik yollarla Suriyadakı bütün iranlıların son nəfərədək ölkəni tərk etmələri üçün səy göstərəcək və BMT-nin yardımı ilə Suriya xalqının məşəqqətlərinə son qoymaq, ölkəyə sabitlik gətirmək istiqamətində çalışacaq”, - deyə Ağ Ev rəsmisi qeyd edib.