ABŞ Rusiya ilə Ukrayna arasındakı məsələlərin 90 %-nin razılaşdırıldığını açıqlayıb

Berlində keçirilən son danışıqlardan sonra Rusiya ilə Ukrayna arasında mübahisəli məsələlərin 90%-i həll edilib. Müzakirələr əsasən təhlükəsizlik zəmanətlərinə yönəlib.

"Report"un məlumatına görə, "SkyNews" bu barədə ABŞ-ın rəsmi nümayəndəsinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, NATO nizamnaməsinin 5-ci maddəsində nəzərdə tutulduğu kimi, Ukraynaya zəmanət vermək mümkündür. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum hamıya hücum hesab olunur.

Bundan başqa, ABŞ tərəfi ərazi mübahisələrinin həllində irəliləyiş olduğunu da bildirib.

Eyni zamanda Rusiya Ukraynanın Avropa Birliyinə daxil olmasını nəzərdən keçirməyə hazırdır və ABŞ-nin fikrincə, sülh müqaviləsi planına daxil olan zəmanətləri qəbul edəcək.

Digər xəbərlər