ABŞ-nin Yəmənə hava zərbələri nəticəsində azı 8 nəfər həlak olub

ABŞ-nin Sanaya aviazərbələri nəticəsində azı 8 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan “Əl Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, üç yaşayış binası bombalanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var.

Yaralılar haqqında da məlumat var, lakin onların sayı dəqiqləşdirilməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12