ABŞ-nin BMT-dəki nümayəndəsi: Danimarka Qrenlandiyanın müdafiəsi ilə məşğul olmayıb

Danimarka bir çox aspektdən ABŞ-nin yaxşı müttəfiqidir, lakin hökumət Qrenlandiyanın müdafiəsi məsələsinə məhəl qoymayıb.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News"a müsahibəsində bildirib.

"Danimarka bir çox mənada əla müttəfiqdir, lakin o, müdafiə baxımından Qrenlandiyanı nəzərə almayıb" , - o deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərin aşkar təhdidləri nəzərə almadığı zaman Amerika xalqını qorumaq üçün lazım olan hər şeyi edəcək.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12