“Amerika Birləşmiş Ştatları Ukraynaya İsrail modelində təhlükəsizlik zəmanəti verməyə hazırdır”.
“Report” “CNN”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden deyib.
Onun sözlərinə görə, Vaşinqtonun zəmanət verməsi Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulması demək deyil.
Qeyd edək ki, İsrail modeli üzrə təhlükəsizlik zəmanətləri ABŞ-ın üzərinə götürdüyü 10 illik öhdəlikdir. Onlar hərbi və maliyyə yardımı paketlərinin təqdim edilməsini, eləcə də birgə istehsalın mümkünlüyünü nəzərdə tutur.