ABŞ-də Qəzza zolağında atəşkəsə dəstək aksiyası keçirilib.
“Report” bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.
Etirazlar Konqresin binasında, Kapitolidə baş tutub. Nəticədə polis 60-a yaxın fəalı saxlayıb.
Mitinq Kapitolinin daxilində keçirilib və rəsmi orqanlarla razılaşdırılmayıb. Aksiyaya fəal Linda Sarsur başçılıq edib.