ABŞ-də Nyu-Cersi ştatının Hammonton şəhərində iki helikopterin havada toqquşması nəticəsində ən azı bir nəfər ölüb.
"Report" bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, pilotlardan başqa təyyarədə heç kim olmayıb, onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Federal Aviasiya Administrasiyası "Enstrom F-28A" və "Enstrom 280C" helikopterlərinin Hammonton hava limanı üzərində toqquşduğunu bildirib. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.