ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.

"Report"un məlumatına görə, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.

"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - Rivz “X”də yazıb.

Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində “həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini” bildirib.

Hadisə yerində mütəxəssislər işləyir.

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51