ABŞ-də qar fırtınası səbəbindən ən azı 700 reys təxirə salınıb, təxminən 2 200 reys isə ləğv edilib.
"Report" xəbər verir ki, bu, "FlightAware" onlayn xidmətinin məlumatlarını təsdiqləyir.
Daha əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem şimal-şərq ştatlarına növbəti təbii fəlakətin yaxınlaşdığı barədə xəbərdarlıq etmişdi.