ABŞ-da sərnişin təyyarəsi yanaraq təcili eniş edib

Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ-ın Rokford şəhər hava limanına təcili olaraq sərnişin təyyarəsi eniş edib.

"Report" xəbər verir ki, bu barədə "13WREX" məlumat yayıb.

İlkin məlumatlara görə, təcili eniş barədə qərar hava gəmisinin mühərrikində baş verən yanğın səbəbindən qəbul olunub. Təyyarənin göyərtəsində 137 nəfər olub. Hadisənin səbəbləri öyrənilir.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28