ABŞ-da hava limanında atışma nəticəsində 5 nəfər öldürülüb - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli şerifin ofisi məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, atəş təqribən 35 yaşlı şəxs tərəfindən açılıb.

İnsidentlə əlaqədar olaraq aeroport bağlanıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10