ABŞ aeroportlarında 900-dən çox reys ləğv edilib

ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması səbəbindən hava limanlarında 909 aviareys ləğv edilib, 272 reys isə gecikib.

"Report" xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Təkcə dünən 1 022 reys ləğv edilib, 6,2 min reys isə gecikib.

Qeyd edək ki, şatdaun artıq 38 gündür davam edir. ABŞ Prezidenti Donald Tramp respublikaçıları şatdauna dərhal son qoymağa çağırıb.

Digər xəbərlər