İspaniyada müxalif mühafizəkar Xalq Partiyası (XP) bülletenlərin 97 %-dən çoxu sayıldıqdan sonra növbədənkənar ümumi seçkilərdə liderlik edir.
"Report"un məlumatına görə, bunu krallıq hökumətinin ilkin məlumatları göstərir.
Məlumatlara görə, XP 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) 133 yer qazana bilər. Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası hazırda 115 yer, ifrat sağçı "Boks" Partiyası isə 52 yer qazanmağa çalışır. Bu o deməkdir ki, XP və "Boks" birlikdə parlamentdə yerlərin əksəriyyətini qazana bilər.
İspaniya Deputatlar Konqresi seçkilərin yekununa əsasən Baş nazirin namizədliyini təsdiqləyir. İlk səsvermədə rəqibsiz namizədliyi təmin etmək üçün bir partiya 350 yerlik palatanın əksəriyyətini (176) qazanmalıdır. Bu, sonuncu dəfə 2011-ci ildə baş verib.
Beləliklə, baş nazirliyə namizədini müstəqil şəkildə təsdiqləyə biləcək dəqiq qalib olmadığı təqdirdə, dəstək axtarmaq və koalisiya hökuməti qurmaq üçün danışıqlar başlaya bilər.