İstanbulda 39 nəfərin ölümünə səbəb olan terror hadisəsinə görə saxlanılanların sayı artıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda 39 nəfərin ölümünə səbəb olan terror hadisəsinə görə saxlanılanların sayı artıb.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, İstanbul Prokurorluğunun əməliyyat tədbirləri zamanı saxlanılan şübhəlilərin sayı 14-ə yüksəlib. 

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. 

Digər xəbərlər