Zülfüqar Mikayılov: "Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir"

"Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi, nəticəmizi çıxarırıq".

Bu fikirləri "Report"a açıqlamasında Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsindən bu gün azadlığa buraxılan Zülfüqar Mikayılov deyib.

Onun sözlərinə görə, əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması çox sevindiricidir: "Bu, bizim üçün ikiqat bayram oldu. Təşəkkür edirəm. Çünki hər kəs bu bayramı evində keçirmək istəyir. Məhbus üçün isə bayram, sadəcə, sözdən ibarətdir. Hər kəsin bayramını təbrik edirəm".

Digər xəbərlər