Yuxarı Şirvan bölgəsində seçici fəallığı müşahidə olunur.
"Report"un yerli bürosu xəbər verir ki, 57 saylı seçki dairəsi üzrə fəaliyyət göstərən 41 məntəqədən 11-də veb-kameralar quraşdırılıb. Seçki dairəsi üzrə ümumilikdə 42 460 nəfər seçici siyahıya alınıb ki, onlardan 262 nəfəri ilk dəfə səs verən gənclərdir və 5 nəfər isə yaşı 100-dən çox olan seçicilərdir. Seçkiləri izləmək üçün 605 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Seçki dairəsi üzrə hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb.