Vəkillər Kollegiyasından intizam pozuntularına görə 1 vəkil xaric edilib, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.