Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Gəncədə keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Bildirilib ki, qəbul noyabrın 24-ü saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.
Görüşdə Gəncə, Naftalan şəhərləri və Samux, Daşkəsən, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlayaraq noyabrın 23-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.