Xocalı rayonunun Seyidbəyli kənd sakini pedaqoji fəaliyyətini doğma yurdda davam etdirəcəyi üçün sevindiyini deyib.
Seyidbəyli kəndinə qayıdan Arzu Alızadə "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, ata-baba yurdunu daha əvvəl görməsə də, hər zaman oraya dönmək arzusunda olub:
"Çox şükür, arzum bu gün həyata keçdi. Mən bundan sonra pedaqoji fəaliyyətə öz kəndimizdə davam edəcəyim üçün çox sevincliyəm. Deməli, kəndimizdəki şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində mənim də əməyim az olmayacaq".