Şəki rayonunda yaşı 100-dən çox olan iki seçici səs verib.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Baş Göynük kənd sakinləri - 1918-ci il təvəllüdlü Zərnişan Əzim qızı Bəşirova və 1919-cu il təvəllüdlü Zöhrə Alıbəy qızı Şərifova bələdiyyə seçkiləri üzrə səsvermədə iştirak ediblər.
Belə ki, 114 saylı seçki dairəsinin 18 saylı məntəqəsində yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş səyyar qutular səsvermədə iştirak etmələri üçün hər iki yaşlı qadının yaşadığı ünvana gətirilib.
***15:12
114 saylı Şəki kənd birinci seçki dairəsində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə keçirilir.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu seçki dairəsi üzrə 43 məntəqə var.
114 saylı Şəki kənd birinci seçki dairəsində, ümumilikdə, 38 956 seçici qeydiyyata alınıb. Onlardan ikisinin yaşı yüzdən yuxarıdır, bir nəfərin isə bu gün 18 yaşı tamam olur.
Bu seçki dairəsi üzrə 4 məntəqədə pandus, 7 məntəqədə isə vebkamera quraşdırılıb.