Şəhid ailələri və müharibə əlilləri üçün yeni sosial dəstək tədbirləri hazırlanır 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunmaları üçün verdiyi tapşırığa əsasən görüləcək tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Nazir Sahil Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuz şanlı tarix yazaraq möhtəşəm tarixi Qələbə əldə etdi, torpaqlarımız erməni işğalından azad edildi. Cənab Prezidentimizin qeyd etdiyi kimi, bu Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir.

Nazir bildirib ki, həmin görüşdə dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, bu il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan böyük əksəriyyəti artıq verilib və proses davam edir. Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də cənab Prezidentin tapşırığına əsasən mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

İclasda şəhid ailələri və Vətən müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib:

İclasda qeyd olunan istiqamətlərdə sosial dəstək tədbirlərinin təşkili və bu işlərin operativ və keyfiyyətli aparılmasına nəzarət məqsədilə işçi qrupların yaradılması qərara alınıb.

Digər xəbərlər