Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən çıxarılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Samir Nuriyevn Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər