Ramin Qurbanov: "Vəkillər şəxsi kabinetlərinə mobil telefonlarla daxil ola biləcəklər"

Bakı. 6 iyun. REPORT.AZ/ "Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetlərinə molbl telefonlarla da daxil ola biləcəklər".

"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov “Vəkilliyin "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bununla bağlı işlər davam etdirilir: "Elektron Məhkəmə" İnformasiya Sisteminin mobil versiyası da nəzərdə tutulub".

R.Qurbanovun sözlərinə görə, "Elektron Məhkəmə" İnformasiya Sistemində vəkillər şəxsi kabinetində yalnız özlərinin iştirak etdikləri qapalı məhkəmə proseslərini də görə bilərlər: "Vəkillər şəxsi kabinetində baxılan bütün işləri görürəcəklər".

Digər xəbərlər