Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Masallıda vətəndaşları qəbul edəcək.
Komitədən "Report"a verilən məlumata görə, qəbul iyulun 23-də keçiriləcək.
Sədrin qəbulunda Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Qeyd edilib ki, qəbul saat 11:00-da Masallı rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi, 17) keçiriləcək.
Komitə qəbula gəlmək istəyən vətəndaşlara qurumun Masallı bölgəsi üzrə şöbəsinə (əlaqə vasitələri: (025) 215 51 59, (051) 915 21 10, chairman@scara.gov.az, dk-masalli@scara.gov.az) müraciəti tövsiyə edib.