Qubadlı şəhərinin bərpası zamanı ilkin yaşayış məhəlləsində 3,34 hektar ərazidə 21 çoxmənzilli bina inşa edilir.
Report"un Qubadlıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa-tikinti və idarəetmə xidmətinin icraçı direktoru Növrəs Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda ərazidə tikinti işləri sürətlə aparılır:
N.Cəfərov həmçinin bildirib ki, Qubadlı şəhərində ikinci yaşayış kompleksinin də layihələndirilmə işləri yekunlaşmaq üzrədir və yaxın vaxtlarda tikintisinə başlanılacaq.