Qubada soyqırım qurbanlarının xatirəsi anılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, minlərlə vətəndaş səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edirlər. Məzarlığı ziyarət edib, dualar oxuyurlar.
Anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Milli Məclisin deputatları, diplomatik korpusun, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ziyalılar, pedaqoji kollektivlər və məktəblilər, ictimayyət nümayəndələri, eyni zamanda Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər soyqırım qurbanlarının xatirəsini yad ediblər.
Anım tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə gül dəstələri düzüblər.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni zayarət edərək önünə gül dəstələri düzüblər.
Anım mərasimində ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.
Məlumat üçün qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qubada soyqırım qurbanlarının xatirəsi anılıb
Digər xəbərlər
Qərbi Azərbaycanın yaddaş yerləri: Ermənilər Kiçik Məzrə kəndini qətliam və sürgünə məruz qoyub
15 oktyabr, 2026 / 19:36
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
15 oktyabr, 2026 / 15:26
Lənkəranda QHT-lərə dəstək xarakterli proqramın icrasına başlanılıb
15 oktyabr, 2026 / 15:22
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri 8 il müddətə azadlıqdan məhrum edilib
15 oktyabr, 2026 / 15:09
Azərbaycan əhalisinin 22,6 faizini gənclər təşkil edir
15 oktyabr, 2026 / 12:11
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
15 oktyabr, 2026 / 10:51
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
15 oktyabr, 2026 / 10:22
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
15 oktyabr, 2026 / 01:17
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
15 oktyabr, 2026 / 00:00
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
14 oktyabr, 2026 / 15:32
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib
14 oktyabr, 2026 / 12:08
Naxçıvanlıların yaratdığı Aravsa kəndi Ermənistana necə verilib? - Qərbi Azərbaycanın yaddaş yerləri
13 oktyabr, 2026 / 21:46
Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib
13 oktyabr, 2026 / 19:20
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
13 oktyabr, 2026 / 17:52
Elbay Qasımzadə: Universitetləri regiona köçürüb yaşlı müəllimlərə deyək ki, istəmirsən, gəlmə?
13 oktyabr, 2026 / 17:15
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub
13 oktyabr, 2026 / 15:27
FHN-in Akademiyasında andiçmə və məzunların buraxılış mərasimi keçirilib
13 oktyabr, 2026 / 15:14
Penitensiar müəssisələrdə distant tibbi müayinə sisteminin tətbiqinə başlanılıb
13 oktyabr, 2026 / 14:34